Müdafiə sənayesi naziri Cənubi Koreyanın Azərbaycandakı səfirini qəbul edib

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Cənubi Koreyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Yavər Camalov ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüş zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Səfir Kim Çanq-gyu səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə Cənubi Koreyanın Azərbaycandakı hərbi attaşesi polkovbik-leytenant Li Çonqce də uiştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş