Müdafiə Sənayesi Nazirliyinin yaranmasının 10-cu ildönümü qeyd olunub – YENİLƏNİB

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaranmasının 10-cu ildönümü qeyd olunub.

“AzeriDefence”nin məlumatına görə, bu münasibətlə MSN-in rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Daha sonra Şəhidlər Xiyabanına gələn Nazirliyin heyəti burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini anıblar.

Sonra “Radioquraşdırma” zavodunun akt zalında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə təntənəli tədbirin rəsmi hissəsinə başlanılıb.

Tədbiri açan müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində respublika prezidenti İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair sərəncamlar imzalayıb.

Nazir bu münasibətlə prezident İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirib.

Yavər Camalov başa çatmaqda olan 2015-ci ilin ölkə həyatında bir sıra mühüm hadisələrlə zəngin olduğunu bildirib.

Sonra Yavər Camalov nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, son illər Azərbaycanda müdafiə sənayesi uğurla inkişaf edib, buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb, Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb.

2006-2015-ci illərdə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində  50-dən çox yeni istehsal sahəsi yaradılıb.

Onlarla texnoloji avadanlıq, minlərlə müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılıb. Artıq nazirliyin müəssisələrində yaradılan yeni istehsal sahələri Azərbaycan Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün  tam gücü ilə fəaliyyət göstərir.

Y.Camalov deyib ki, dövlət müdafiə sifarişi ilə ETİ-də 17 mövzu, MAKA-da 12 mövzu üzrə elmi tədqiqat işləri yerinə yetirilib. 2006-2015-ci illərdə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində nazirliyin müəssisələrində 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Nazirliyin ultirizasiya mərkəzidə quraşdırılmış xüsusi cihaz və avandanlıqlar vasitəsilə istifadəyə yararsız bütün növ döyüş sursatlıarının ultirizasiyası həyata keçirilir. Ötən müddətdə 18 min 200 müdafiə təyinatlı məmulatların təmiri işləri aparılıb, 7 milyon 188 min ədəd məmulatın isə ultirizayası həyata keçirilib.

O qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyində Bakıda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisinə hazırlıq işləri aparılır: “Artıq, 100-dən çox şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib. Nazirliyin müəssisələrində istehsal olunan məmulatların beynəlxalq sərglərə çıxarılması ölkənin qüdrətinin göstəricisidir”.

Nazirin sözlərinə görə. 2016-cı ildə bir sıra yeni layihələr üzərində iş aparılacaq.

İclasda nazirliyin idarə rəisləri hesabatla çıxış ediblər.

Tədbirdə Prezidentin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülən və medallarla təltif olunan nazirliyin əməkdaşları kollektiv tərəfindən təbrik edilib.

Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə Fəxri Fərman, pul və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

msn (1)

msn (2)

FUA_4123

FUA_4236

FUA_4225

KATEQORIYA:
Bu xəbəri paylaş