Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aprelin 1-dən ehtiyata buraxılacaq

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aprelin 1-dən ehtiyata buraxılacaq

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə əsassız müzakirələr aparılır.

Müdafiə Nazirliyindən “AzeriDefence”yə bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.

“Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş