Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilib

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər başlayıb.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xüsusi olaraq hazırlanmış mühəndis şəhərciyində qoşunlara mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə şəxsi heyətlə məşqlər keçirilir.

Çətin relyefli ərazidə şərti düşmənin hazırladığı mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, su maneələri üzərində körpülər və bərələr qurulur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş