Mühəndis ixtisaslı manqa komandirləri ilə ixtisas toplantısı keçirilib

Mühəndis ixtisaslı manqa komandirləri ilə ixtisas toplantısı keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında mühəndis ixtisaslı manqa komandirləri ilə ixtisas toplantısı keçirilib.

Bu barədə “AzeriDefence” “Nuhçixan” informasiya agentliyinə istinadən xəbər verib.

Məşğələlər zamanı mühəndis təminatı tapşırıqlarını yerinə yetirən şəxsi heyətin fərdi və kollektiv fəaliyyətdə bacarıqları təkmilləşdirilib.

Mövcud mühəndis texnikaları vasitəsi ilə təbii və süni maneələrdən motoatıcı və tank bölmələrinin keçidi təmin edilib, şəxsi heyət partlayış işində praktiki məşq etdirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş