Müharibə əlillərinə avtomobil verilib

Müharibə əlillərinə avtomobil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün “Xəzər” markalı 40 avtomobilin müharibə əlillərinə təqdim edilməsi tədbiri keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Azeri Defence”ə verilən məlumata görə, tədbirdə bildirilib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verilib.

2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Ümumilikdə isə Nazirlik ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanları 7000-dən çox minik avtomobili ilə təmin edib.

KATEQORIYA:
Bu xəbəri paylaş