Müharibə və 20 Yanvarla əlaqədar əlilliyi olan şəxslərə verilən Prezident təqaüdü artırılıb

Müharibə və 20 Yanvarla əlaqədar əlilliyi olan şəxslərə verilən Prezident təqaüdü artırılıb

Prezident İlham Əliyev “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

“Azeri Defence”nin məlumatına görə, fərmana əsasən, “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” dərəcə əlilliyi olan şəxslərə – 250 manatdan 400 manata, I dərəcə əlilliyi olan şəxslərə 230 manatdan 350 manata, I dərəcə əlilliyi olan şəxslərə 210 manatdan 300 manata qaldırılıb.

Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

KATEQORIYA:
Bu xəbəri paylaş