Myanmada hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 122 nəfər ölüb

Myanma sahillərində qəzaya uğrayan hərbi təyyarənin göyərtəsində 122 nəfər, o cümlədən 15 uşaq olub.

“AzeriDefence” məlumatına görə, bu haqda “Röyter” agentliyi xəbər verib

Məlumatlara görə, təyyarədə 35 hərbi qulluqçu və 14 ekipaj üzvü olub. Digər sərnişinlər hərbçilərin ailələri olub. Daha əvvəl isə bildirilib ki, təyyarədə 105 sərnişin və 11 ekipaj üzvü olub.

Çin istehsalı olan Y-8-200F təyyarəsi Mey şəhərindən uçub, 29 dəqiqə sonra isə aviadispetçerlər təyyarə ilə əlaqəni itiriblər.

Təyyarənin dənizdə axtarış əməliyyatları davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş