MZKT şirkəti “Armiya-2020”də yeni “Volat” zirehli maşının nümayiş etdirir

MZKT şirkəti “Armiya-2020”də yeni “Volat” zirehli maşının nümayiş etdirir

Belarusun MZKT şirkəti Rusiyanın Moskva vilayətində keçirilən “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumundan yeni “Volat-490101” yüngül zirehli avtomobilini nümayiş etdirir.

Bu barədə Azeri Defence saytına Belarus Dövlət Hərbi Sənaye Komitəsindən məlumat verilib.

MZKT-490101 zirehli maşının ixracat konfiqurasiyası olan “Volat-490101” avtomobili heyəti atıcı silahların atəşindən və partlayışların təsirindən qorumaq üçün nəzərdə tutulur.

Beş yerli zirehli avtomobilin yükqaldırma qabiliyyəti 1800 kq, ümumi ağırlığı 7.4 ton təşkil edir. 4×4 təkər formuluna malik maşının mina partlayışına qarşı mühafizəsi STANAG 4569 Level 2a/2b səviyyəsinə uyğundur. Maşının mühərrik bölməsi avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub.

“Volat-490101” Koreyanın “Doosan” şirkətinin istehsalı olan 270 at gücünə malik, 6 litrlik DL06 mühərriki və ABŞ-ın “Allison” şirkətinin istehsalı olan 6 pilləli avtomatik ötürmələr qutusu, müstəqil asqılar və runflat təkərlərlə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş