MZKT yeni zirehli avtomobilin hazırlanmasına başlayıb

MZKT yeni zirehli avtomobilin hazırlanmasına başlayıb

Belarusun MZKT Açıq Səhmdar Cəmiyyəti 4×4 təkər formuluna malik MZKT-490101 LBA yüngül zirehli avtomobilin ixracat versiyasının hazırlanmasına başlayıb.

Bu barədə Azeri Defence saytına Belarus Dövlət Hərbi Sənaye Komitəsindən məlumat verilib.

Beş yerli yüngül zirehli avtomobil heyəti atıcı silahların atəşindən və partlayışların təsirindən qorumaq üçün nəzərdə tutulur.

Zirehli avtomobilin yükqaldırma qabiliyyəti 1800 kq, ümumi ağırlığı 7.4 ton təşkil edir. LBA Koreyanın “Doosan” şirkətinin istehsalı olan 270 at gücünə malik, 6 litrlik DL06 mühərriki və ABŞ-ın “Allison” şirkətinin istehsalı olan 6 pilləli avtomatik ötürmələr qutusu, müstəqil asqılar və runflat təkərlərlə təchiz olunub.

Maşının mina partlayışına qarşı mühafizəsi STANAG 4569 Level 2a/2b səviyyəsinə uyğundur. Maşının mühərrik bölməsi avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub.

Komitə LBA-nın ixracat üçün nəzərdə tutulduğunu açıqlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş