
Nəcməddin Sadıkov NATO-nun iclasında iştirak edib
Yanvarın 14-də Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçikanın Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan “Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul edilib.
KATEQORIYA: Xəbərlər