NAMSA Gürcüstana minatəmizləmə üçün 460 min avro dəyərində təchizat bağışlayıb

NATO-nun Maddi-Texniki Təchizat Agentliyi (NAMSA) Gürcüstan Silahlı Qüvvələrinin hərbi mühəndis briqadasına minatəmizləmə əməliyyatlarında istifadə üçün 460 min avro dəyərində təchizat bağışlayıb. Bu barədə “AzeriDefence”yə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

Təchizata partlamamış hərbi sursatların (EOD) zərərsizləşdirilməsi və demining əməliyyatlarında istifadə olunan vasitələr daxildir.

Gürcüstan Silahlı Qüvvələrinə təchizatın ötürülməsinə dair müqaviləni Gürcüstan müdafiə nazirinin birinci müavini Nodar Xarşiladze və NAMSA-nın nümayəndəsi Devid Toundrou imzalayıb.

Qeyd edək ki, NAMSA tərəfindən 2010-cu ilin oktyabr ayından başlayaraq həyata keçirilən layihə çərçivəsində Gürcüstan silahlı Qüvvələrinin hərbi mühəndis briqadasının mütəxəssislərinə humanitar minatəmizləmə və EOD əməliyyatları üzrə təlimlər keçirilib. Tibbi bərpa şöbəsinin imkanlarını artırmaq üçün, Qori Hərbi Hospitalına müasir təchizat verilib. Layihə çərçivəsində EOD şirkətinin müxtəlif tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş