NASA-nın qadın astronavtı Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıya səfər edən NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü, 1-ci dərəcli kapitan Haydemari Marta Stefanişin-Payper Silahlı Qüvvələrin Hərbi Akademiyasının qonağı olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə H.Payper Hərbi Akademiyanın professor-müəllim heyətinə və dinləyicilərə fəaliyyəti və kosmosa uçuşları barədə məlumat verib.

Azərbaycana ilk dəfə gəldiyini deyən NASA nümayəndəsi Azərbaycan haqqında təəssüratlarını bölüşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş