NASAMS zenit-raket kompleksi modernləşdirilir

Norveç Silahlı Qüvvələrinin 2000-ci ildən hərbi texnika parkında yer alan NASAMS zenit-raket kompleksinin modernləşdirilməsinə başlanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Norveç Müdafiə Nazirliyinin yaydığı xəbərdə bildirilib.

Norveç Müdafiə Nazirliyi NASAMS-ın yenilənməsi üçün kompleksi istehsal edən yerli “Kongsberg Defence & Aerospace” (KDA) şirkəti ilə müqavilə bağlayıb.

Müqavilə çərçivəsində “Kongsberg Defence & Aerospace” şirkəti modernləşdirmə işlərini 2021-ci ilə qədər tamamlamağı planlaşdırır.

KDA şirkəti yeni hava hücumundan müdafiə sistemində mobil cihazların yanğın nəzarəti, rabitə sistemi, zirehin moderinləşdirməsini edib, Silahlı Qüvvələrin istismarına təhvil verəcək.

Məlumatda o da qeyd olunub ki, layihənin ümumi büdcəsi 115 milyon dollar təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş