NASAMS ZRK-ləri Litvaya çatdırılıb

NASAMS ZRK-ləri Litvaya çatdırılıb

Norveçin “Kongsberg” şirkəti tərəfindən istehsal edilən NASAMS hava hücumundan müdafiə sistemlərinin ilk partiyası Litva Silahlı Qüvvələrinə çatdırılıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin sosial media hesabında bildirilib.

Litvanın Müdafiə Nazirliyi ilə Norveçin “Kongsberg” şirkəti arasında 2017-ci il oktyabrın 21-də NASAMS hava hücumundan müdafiə sisteminin alqı-satqısına dair müqavilə imzalanıb.

109 milyon avro dəyərində olan müqaviləyə əlavə avadanlıqla təchizat, təlim və inteqrə olunmuş logistik dəstək paketi daxildir.

“Kongsberg” və ABŞ-ın “Raytheon” şirkətinin birgə istehsal etdiyi NASAMS son illərdə NATO-da ən çox satılan hava hücumundan müdafiə sistemidir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş