NATO baş katibinin mandatı 2 il müddətinə uzadılıb

NATO-nun baş katibi Yens Stoltenberqin mandatının müddəti daha 2 il uzadılıb.

Bu barədə “AzeriDefence” NATO-nun saytına istinadən məlumat verib.

Təşkilatın bəyanatında qeyd olunub ki, Y.Stoltenberqin vəzifə səlahiyyəti 2020-ci il sentyabrın 30-da başa çatacaq.

Qeyd edək ki, Y.Stoltenberq 2014-cü il martın ayının 24-də NATO-nun baş katibi vəzifəsinə təyin edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş