NATO Baş katibinin nümayəndəsi: Mülki itkilərə səbəb olan hərbi əməliyyatları dərhal dayandırmalıdır

NATO Baş katibinin nümayəndəsi: Mülki itkilərə səbəb olan hərbi əməliyyatları dərhal dayandırmalıdır

NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturay Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən genişmiqyaslı döyüş əməliyyatları ilə bağlı açıqlama yayıb.

Azeri Defence saytının məlumatına görə, açıqlamada NATO-nun Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlar barədə xəbərlərdən çox narahat olduğu vurğulanıb:

“Tərəflər artıq mülki itkilərə səbəb olan hərbi əməliyyatları dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, – deyə açıqlamada bildirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş