NATO-da “Ceyrançöl” layihəsi müzakirə olunacaq

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov NATO baş qərargahına səfər edib.ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 6-da başlamış və 10-dək davam edəcək səfər çərçivəsində N. İsmayılov NATO-nun Siyasi və Tərəfdaşlıq Komitəsinin toplantısına qatılacaq.

N. İsmayılov toplantıda “Ceyrançöl” layihəsi barədə hesabatla çıxış edəcək və Layihənin prezentasiyası keçiriləcək.

ANAMA direktorunun həmçinin NATO Sülh Naminə Tərəfdaşlıq Fondunun (PfP Trust Fund) donorları, NATO İnteqrasiya, Tərəfdaşlıq və Əməkdaşlıq Direktoratlığının rəhbəri, NATO əməliyyatlar şöbəsinin rəisi, Türkiyənin NATO-dakı yeni səfiri ilə görüşləri olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş