NATO ekspertləri ilə görüş keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanın NATO ilə “Planlaşdırma və Analiz Prosesi” (PAP) və “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” (FTƏP) sənədlərinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun qrupu ilə işçi görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, PAP və FTƏP proqramları üzrə məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi məsələləri müzakirə olunub.

Görüş iştirakçıları NATO ilə Azərbaycan arasında hərbi təhsil və təlim sahəsində birgə fəaliyyət planını, Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində aparılan fəaliyyətlər və Azərbaycan sülhməramlılarının Əfqanıstandakı “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfə və digər məsələləri də nəzərdən keçiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş