NATO Ermənistana hərbi texnikaların utilizasiyası üçün qrant ayırır

Ermənistan parlamenti NATO və Ermənistan arasında imzalanmış müqaviləni təsdiqləyib.

Bu barədə “AzeriDefence” Ermənistan medasına istinadən xəbər verib.

Müqavilə çərçivəsində Ermənistan döyüş əhəmiyyətini itirən 140 ədəd hərbi texnikanı, həmçinin 21 ədəd BMP zirehli döyüş maşınlarını utilizasiya edəcək.

Razılaşmaya əsasən 1,3 milyon avro təşkil edən qrant vəsaiti Almaniya tərəfindən ödəniləcək.

Məlumatda o da qeyd olunub ki, Ermənistan Silahlı Qüvvələri eyni sayda yeni texnikalarla təchiz etməyi planlaşdırır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş