NATO Gürcüstanda partlamamış sursatların ləğvi layihəsinə başladı

NATO Gürcüstanda “Gürcüstan IV” SNT Etimad Fondu layihəsinə başlayıb.

“AzeriDefence”nin Gürcüstan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, layihə Qori rayonunun Skra kəndində 2008-ci ilin avqust ayında Rusiya hərbçiləri tərəfindən partladılmış yeraltı anbardan sursatlarının çıxarılıb zərərsizləşdirilməsini nəzərdə tutur.

Layihənin həyata keçirilməsi üçün NATO tərəfindən Gürcüstanın EOD Şirkəti bütün lazımi avadanlıqlarla təchiz olunub, həmçinin işləyəcək heyətə təlimlər keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş