NATO hərbi aviasiyasının Litvada təlimləri başlayıb

Sentyabrın 29-30 tarixlərində NATO-ya daxil olan ölkələrin hərbi hava qüvvələrinin Litvada təlimləri keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, Şimali Atlantika Alyansının (NATO) təlimləri Zoknyada yerləşən hərbi aviabazada keçirilir.

Litva Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə Böyük Britaniyanın, Macarıstanın, Almaniyanın, Litvanın, Norveçin, Polşanın, ABŞ-ın, o cümlədən müttəfiq ölkələr olan Finladiyanın və İsveçrənin hərbi hava qüvvələrinin döyüş təyyarələri iştirak edir.

Təlimlərə JAS-39 “Gripen”, “Eurofighter Typhoon”, C-27J “Spartan” E-3A və E-3D təyyarələri cəlb olunub.

Ümumilikdə təlimlərdə 20 döyüş təyyarəsi iştirak edəcək.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş