NATO mini PUA satınalınması üçün tender elan edib

NATO-nun Dəstək və Təchizat Agenliyi (NSPA) 36 ədəd mini pilotsuz uçuş aparatının (PUA) satın alınması üçün tender elan edib.

Bu barədə “AzeriDefence” “Mydroneland” saytına istinadən məlumat verib.

Tenderdə yalnız NATO-ya üzv olan ölkələrin şirkətləri iştirak edə bilər.

NATO-nun tələb etdiyi 12 kompleksin hər birində 3 ədəd PUA, 1 ədəd idarəetmə mərkəzi, 3 ədəd EO/IR kamera və 3 ədəd EO təlim kamerası yer alacaq. Bundan başqa sifarişçi 18 ədəd uzaq məsafədən idarəetmə terminalı və PUA-nın ehtiyat hissələri ilə təmin ediləcək.

Təmin olunacaq kompleksin hazırda istehsalda olması və həmçinin Silahlı Qüvvələr tərəfindən istismar olunması lazımdır.

Çəkisi 2-15 kq arasında olacaq PUA-nın uçuşu əldən atılmaqla həyata keçirilməlidir.

KATEQORIYA:
Bu xəbəri paylaş