NATO nümayəndəsi Azərbaycan Sülhməramlıları ilə görüşüb

Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar bu ölkədə səfərdə olan Türkiyənın İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi, diviziya generalı Erhan Uzun Azərbaycan sülhməramlıları ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasında Azərbaycanın səylərini xüsusi qeyd edən E.Uzun Azərbaycanın NATO ilə əməkdaşlığını, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəsini və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığını da yüksək qiymətləndirib.

KATEQORIYA:
Bu xəbəri paylaş