NATO-nun rəsmi himni qəbul edilib

NATO Alyansın tarixində ilk dəfə özünün rəsmi himnini təsdiqləyib.

Bu barədə “AzeriDefence” NATO-nun saytına istinadən məlumat verib.

Məlumatda bildirilir ki, Şimali Atlantika Alyansının əvvəllər öz himni olsa da, o rəsmən təsdiqlənməyib. Buna qədər NATO-nun tədbirlərində əsasən 1989-cu ildə Lüksemburq Hərbi Orkestrinin dirijoru, kapitan Andre Reyxlinq tərəfindən bəstələnmiş mahnı ifa edilib.

Məlumatda o da qeyd olunub ki, yeni NATO himninin sözləri yoxdur. Yalnız musiqidən ibarət olan yeni himn 20 müxtəlif musiqi aləti üçün bəstələnib.

KATEQORIYA:
Bu xəbəri paylaş