NATO Qara dənizdə hərbi donanma yaradır

Qara dənizdə NATO bayrağı altında xidmət aparacaq hərbi dəniz qüvvələrinin yaradılması təklifi reallaşmaq üzrədir.

“AzeriDefence”nin məlumatına görə, Ruminya prezidentinin Qara dənizdə NATO-ya birbaşa tabe olacaq hərbi dəniz qüvvələrinin yaradılması təklifi Ukrayna dövlət başçısı Petr Poroşenko tərəfindən də dəstəklənib.

Ötən gün Buxarestdə keçiridiyi brifinqdə P. Poroşenko bildirib ki, Qara dənizdə Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus  baza və gəmilərin bir qismi NATO eqidasına verilə bilər.

Onun sözlərinə görə, NATO-nun Qara dənizdə güclənməsinə ehtiyac var və Ukrayna da bu prosesdə yaxından iştirak etməlidir.

Qeyd edək ki, hazırda Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələri imkanlarına görə, ən güclü hərbi birləşmə sayılır. Krımın Ukraynadan ilhaqından sonra isə Rusiya bu imkanlarını daha da genişləndirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş