NATO tərəfindən Azərbaycan Ordusunun OCC taborunun və kəşfiyyat bölüyünün hazırlığı qiymətləndiriləcək

NATO ekspertləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində NATO əməliyyatları üçün bəyan etdiyi qüvvələrin qiymətləndirilməsi keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, NATO mütəxəssisləri tərəfindən 8-19 may tarixlərində OCC Kəşfiyyat Bölüyünün 1-ci səviyyəli, 29 may – 2 iyun tarixlərində isə OCC Taborunun 2-ci səviyyəli NATO Qiymətləndirməsinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 2004-cü ilin aprel ayında NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) proqramına qoşularaq Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölük və 2010-cu ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin OCC Taboru və 2015-ci ildə OCC Kəşfiyyat bölüyü, 2 ədəd “Mi-17” helikopter cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu bəyan edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş