NATO Ukraynada döyüş sursatlarının utilizasiyasına dəstək verəcək

NATO Ukrayna Silahlı Qüvvələrinin arsenalındakı köhnəlmiş silah və döyüş sursatlarının utilizasiyası üçün Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində 25 milyon avro yardım ayıracaq. “AzeriDefence”nin məlumatına görə, sənədin imzalanma mərasimində jurnalistlərə açıqlama verən Ukrayna müdafiə nazirinin müavini Dmitriy Plyaçuk deyib ki, NATO-dan əlavə olaraq rəsmi Kiyev dövlət büdcəsi hesabına da layihənin həyata keçirilməsini maliyələşdirəcək. Hansı ki, layihənin ümumi məbləği 48 milyon avro təşkil edir.

Layihə çərçivəsində 76 min ton döyüş sursatının, 3 milyon ədəd piyadalar əleyhinə mina və 366 min ədəd yüngül atıcı silah utilizə olunacaq.

NATO-nun Madi-Texniki Təchizat Agentliyi olan NAMSA-nın proqram meneceri Bülənt Tudeş isə deyib ki, bu çox vacib layihədir. NATO indiyədək bir sıra ölkələrdə anoloji layihələrə dəstək verib.

KATEQORIYA:
Bu xəbəri paylaş