NATO və Northrop Grumman şirkəti arasında 1.7 milyard dollarlıq müqavilə

Northrop Grumman şirkəti NATO-nun NAGSMA agentliyi ilə Alyansın Birləşmiş Yer Kəşfiyyatı (AGS) sistemi üçün 1,7 mlrd. ABŞ dolları dəyərində müqavilə imzalayıb. Bu barədə “AzeriDefence” Northrop Grumman şirkətinə istinadən məlumat verib.

AGS NATO-nun Birgə Kəşfiyyat, Müşahidə və Tədqiqat (Joint Intelligence, Surveillance and Reconnaissance (JISR)) sistemi üçün əsas məlumat mənbəyi olacaq.

Saziş 5 ədəd Global Hawk 40 pilotsuz uçuş aparatının, ilkin istismarını və təmirini nəzərdə tutur. Uçuş aparatı MP-RTIP birləşdirilmiş yer kəşfiyyatı radar sensoruna malikdir.

Proqramda Cassidian, Selex Galileo və KONGSBERG-lə yanaşı, Avropanın aparıcı müdafiə firmalarından olan ICZ, A.S., ComTrade d.o.o, BIANOR, Technologica, Zavod Za Telefonna Aparatura Ad (ZTA AD), SELEX ELSAG, Elettra Communications, UTI Systems və SES şirkətləri də yer alacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş