Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyəti müzakirə olunub

Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyəti müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-cu ildə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyətinin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı yığıncaq keçirilib.

Bu barədə “AzeriDefence” “Şərq Qapısı” qəzetinə istinadən məlumat verib.

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev hesabat məruzəsi ilə çıxış edib. 2019-cu ildə həyata keçirilən tədbirlər barədə məlumat verdikdən sonra məruzə ətrafında müzakirələr olub.

Qeyd edək ki, 1995-ci il aprel ayının 10-da yaradılan Daxili Qoşunların Naxçıvan taboru 2002-ci ilin dekabr ayında Alaya, 2014-cü ilin sentyabr ayında isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına çevrilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş