Naxçıvan hava limanında şəhidlərin qarşılanma mərasimi olub

Naxçıvan hava limanında şəhidlərin qarşılanma mərasimi olub

Dekabrın 14-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərin qarşılanma mərasimi olub.

“Azeri Defence” NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçular Qədimov Güloğlan Nürəddin oğlunun və Vəliyev Vüsal İslam oğlunun üçrəngli bayrağa bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.

Şəhidlərin cənazələri doğulduqları qəsəbə və kəndə yola salınıb.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş