Naxçıvan hava limanında şəhidlərin qarşılanma mərasimi olub

Naxçıvan hava limanında şəhidlərin qarşılanma mərasimi olub

Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərin qarşılanma mərasimi olub.

Müadafiə Nazirliyinin mətbuat xidmətindən “Azeri Defence”ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçular Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağa bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salınıb.

Daha sonra, Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

KATEQORIYA:
Bu xəbəri paylaş