Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına tibbi avadanlıqlar verilib

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına tibbi avadanlıqlar verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın səhiyyə sistemi üçün alınmış müasir tibbi avadanlıqların bir hissəsi Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına təqdim edilib.

“Azeri Defence”nin məlumatına görə, təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına təqdim edilən müasir tibbi avadanlıqlar hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin vaxtında və keyfiyyətlə aparılması üçün mühüm rola malikdir.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev yeni avadanlıqların təqdim olunmasına, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

KATEQORIYA:
Bu xəbəri paylaş