Naxçıvan Qarnizonu Qoşunlarında komandir heyətin hazırlıq məşğələləri keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Bu barədə “AzeriDefence” “Nuhçıxan” agentliyinə istinadən məlumat verib.

Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Tabor, divizion komandirləri və müavinlərinə əməliyyat-taktiki hesblamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi göstərilib.

Zabitlər bölmələrin və atəşin idarəolunması üzrə keçirilən göstərici taktiki təlimdə iştirak ediblər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş