Naxçıvan Qarnizonunda müşavirə keçirilib

Naxçıvan Qarnizonunda müşavirə keçirilib

Naxçıvan Qarnizonu tam orta məktəbində və Heydər Əliyev adına Hərbi Liseydə 2019-2020-ci dərs ilinin birinci yarımilinin yekunlarına dair müşavirə keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məluat verilib.

Müşavirədə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev 2019-2020-ci dərs ilinin birinci yarımilini təhlil edərək ikinci yarımildə qarşıya qoyulan əsas tapşırıqları diqqətə çatdırıb. Vurğulanıb ki, məktəbdə tədrisin səmərəliliyinin artırılması üçün IX-XI sinif şagirdləri və onların valideynləri ilə maarifləndirici söhbətlər aparılmalı, buraxılış imtahanlarına hazırlıq işləri görülməklə bərabər imtahanqabağı məşğələlər təşkil edilməli, zəif nəticə göstərən şagirdlər xüsusi nəzarətə götürülməli, fiziki hazırlığa nəzarət gücləndirilməli və şagirdlərin yarışlarda iştirakı təmin edilməli, “Oxunması zəruri olan kitablar”ın mütaliə və müzakirəsi, eləcə də müəllimlər üçün yeni təlim texnologiya və metodlarından istifadə etməklə seminar və treninqlər keçirilməlidir.

General-leytenant K.Mustafayev dərs ilinin ikinci yarımilində Hərbi Liseyin yerinə yetirməli olduğu əsas tapşırıqları diqqətə çatdıraraq bildirib ki, gələcəyin zabitlərinin peşəkar səviyyədə hazırlanması üçün tədrisdə yüksək nəticələr göstərmiş kursantlarla mütəmadi olaraq müvafiq işlər aparılmalı, liseyin qabaqcıl müəllimlərinin cəlb edilməsi ilə dərsdənkənar və dərnək məşğələlərinin səmərəliliyi artırılmalı, kursantların asudə vaxtlarında viktorina və əyləncəli oyunlar keçirilməli, dərslərdə əyani vəsaitlərdən, elektron lövhə, kompüter və laboratoriyaların imkanlarından səmərəli istifadə olunmalıdır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş