Naxçıvan şəhidini ehtiramla qarşılayıb

Naxçıvan şəhidini ehtiramla qarşılayıb

Dekabrın 22-də Naxçıvan Beynəlxalq Hava Limanında Azərbycan Ordusunun şəhidinin qarşılanma mərasimi olub.

“Azeri Defence” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçu Həmzəyev Mərhəməd Rizvan oğlunun üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin sədri şəhidin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib.

Şəhidin cənazəsi doğulduğu kəndə yola salınıb.

Ali Məclisin sədri şəhidin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.

KATEQORIYA:
Bu xəbəri paylaş