Naxçıvan xüsusi təyinatlıları Qələbə paradında keçid edəcək

Naxçıvan xüsusi təyinatlıları Qələbə paradında keçid edəcək

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşır.

“Azeri Defence”nin “Nuhçıxan”a istinadən verdiyi məlumata görə, hərbi paradda, həmçinin Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin kursantları da keçid edəcək.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun bölmələri Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib. Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyin məzunu olan minlərlə zabit Qarabağın azadlığı uğrunda aparılan Vətən müharibəsində tarixi qəhrəmanlıqlar göstərib.

KATEQORIYA:
Bu xəbəri paylaş