Naxçıvanda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

Naxçıvanda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla başa vuran gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Bu barədə “AzeriDefence” “Nuhçixan” informasiya agentliyinə istinadən xəbər verib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, təlimlər zamanı və döyüş növbətçiliyinin təşkilində şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirməsi kurslarda qazanılanların nəticəsidir.

Tədbirdə əsgərlər müxtəlif ixtisaslar üzrə elementləri praktiki yerinə yetiriblər.

Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

“Əlahiddə Ümumqoşun Ordunun marşı” ifa edildikdən sonra bölmələrin təntənəli keçidi olub və gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş