Naxçıvanda hərbçi ailələrinə xidməti mənzillər təqdim edilib

Naxçıvanda hərbçi ailələrinə xidməti mənzillər təqdim edilib

Naxçıvan Muxtar Respublikası Sədərək rayonundakı 7 mərtəbəli yeni yaşayış binasında hərbçi ailələrinə xidməti mənzillər təqdim edilib.

“AzeriDefence”nin “Nuhçıxan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “NEQSOL Holdinq” şirkətlər qrupu tərəfindən alınaraq hərbçi ailələrinə hədiyyə edilən mənzillər lazımi məişət şəraitinə malikdir.

Xidməti mənzillərin orderləri Əlahiddə Ümumqoşun Ordu komandanlığına və açarları hərbi qulluqçulara təqdim edilib.

7 mərtəbəli yeni binada hərbiçi ailələrinə təqdim edilən mənzillərin hər biri ikiotaqlıdır və ümumi sahəsi 63 və 75 kvadratmetrdir. Mənzillər müasir mebel dəstləri və bütün növ məişət əşyaları ilə tam təmin olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş