Naxçıvanda işğaldan azad edilən ərazilər minalardan təmizlənir

Naxçıvanda işğaldan azad edilən ərazilər minalardan təmizlənir

2018-ci ildə uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusunun nəzarətinə keçən ərazilər minalardan təmizlənərək istifadəyə hazır vəziyyətə gətirilir.

“AzeriDefence”nin “Naxçıvan TV”yə istinadən verdiyi məlumata görə, Günnüt qələbəsi ilə 11 min hektardan artıq ərazini işğaldan azad edən Əlahiddə Ümumqoşun Ordu Sədərək istiqamətində də müdafiəni uğurla təşkil edir.

Ərazilərin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin də rahat yaşayışına və lazımi təsərrüfat işlərini yerinə yetirməsinə stimul verib.

Sədərək rayonunun 90-cı illərdə Ermənistanın işğlına məruz qalan Şərab zavodu və onun ətrafındakı 73 hektar ərazisində də qarğıdalı əkinləri başlayıb. Əraziyə yeni yol, elektrik və suvarma xətləri də çəkilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş