Naxçıvanda kəşfiyyat qruplarının yarışı keçirilib

Naxçıvanda kəşfiyyat qruplarının yarışı keçirilib

Naxçıvan Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı kəşfiyyat taqım-qrup komandiri” və “Ən yaxşı kəşfiyyat qrupu”  adı uğrunda yarışlar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışlarda komadirlərin və şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.

Ərazidə maskalanma və hərəkət, gündüzləmə yerinin və mühafizənin təşkili, atıcı silahlardan praktiki atışlar yerinə yetirilib.

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş