Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə birgə taktiki təlimi davam edir – FOTO/VİDEO

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.

Bu barədə “AzeriDefence” yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun, müxtəlif güc strukturlarının və Türkiyə Silahlı Qüvvələrinin bölmələri təlimin senarisinə əsasən “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib, bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün müvafiq tədbirlər görülüb.

5000 nəfərədək şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyunun 16-dək davam edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş