Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

Noyabrın 26-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərin qarşılanma mərasimi olub.

“Azeri Defence” NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabiti və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçular Muradlı İlkin İlyas oğlunun və Nadirli Ərtoğrul Hümbət oğlunun üçrəngli bayrağa bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.

Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salınıb.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş