Naxçıvanda təlim-metodiki toplantı keçirilib – VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə Azeri Defence saytı NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verib.

Toplantıda əsas diqqət ixtisas və taktiki-xüsusi hazırlıq üzrə məşğələlərə yönəldilib. Məşğələlər zamanı səhra şəraitində avtomobil texnikalarının maskalanma üsul və vasitələri, silahlanmada mövcud olan  müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları, “Pomnis-2” mina sahələrindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatının aparılması qaydaları nümayiş etdirilib.

Yekunda toplantıya cəlb edilmiş heyətdən fiziki və ixtisas hazırlığından məqbullar götürülüb.

KATEQORIYA:
Bu xəbəri paylaş