Naxçıvanın Səfərbərlik Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Səfərbərlik Xidmətinə yeni rəis təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də  Mirzə Cəlilovun Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə “AzeriDefence” “Nuhcixan”a istinadən məlumat verib.

Fərmana əsasən Mirzə Xəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Mirzə Cəlilov bundan əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

KATEQORIYA:
Bu xəbəri paylaş