Nazir: Aprel döyüşlərində düşmənin döyüş texnikalarının və canlı qüvvələrinin məhv edilməsində Azərbaycan istehsalı olan silahlardan istifadə olunub

Aprel döyüşlərində düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yazıb.

Nazir qeyd edib ki, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilərək məhv edilməsi Azərbaycan istehsalı olan müasir pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. MSN-nazir-Camalov.jpg

“Ermənistanla təmas xəttində üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunu aprel döyüşləri bir daha sübut etdi.

Cari ilin aprelində cəbhə xəttində erməni təxribatına cavab olaraq sarsıdıcı zərbələr endirməsi, düşmən tapdağında olan bir neçə yüksəkliyi azad etməsi Azərbaycan Ordusunun gücünün göstəricisi kimi dəyərləndirilməklə yanaşı, illərdir davam edən münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda müşahidə olunan canlanma problemin ədalətli həlli istiqamətində irəliləyiş gözləntisi də yaratdı.

Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində qeyd etdiyimiz kimi, Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynayıb”, – nazir məqaləsində qeyd edib.

Döyüşlərdə MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan -tank əleyhinə qumbaraatanlar, minaatanlar və onların döyüş sursatları, snayper tüfəngi, universal pulemyotlar, o cümlədən AK74M tipli avtomat silahlar, müxtəlif çaplı patronlar və digər döyüş sursatları düşmənə qarşı tətbiq olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş