Nazir müavini: “Azərbaycan hərbi məhsulların idxalçısından ixracatçısına çevrilib”

“Azərbaycan dünya hərbi sənaye sektorunda idxalçıdan ixrac edən ölkəyə çevrilib və bu proses sürətlə inkişaf edir”.

“AzeriDefence”nin məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Y. Musayev bildirib ki, artıq Azərbaycanın hərbi sənaye müəssisələri müxtəlif ölkələrə- Avropa və Afrika dövlətlərinə müdafiə təyinatlı məhsulların ixracını həyata keçirir.

“Bu gün yerli müəssisələr Azərbaycan Silahlı Qüvvələrini və güc strukturlarını atıcı silahlar, onların döyüş sursatları və digər məmulatlarla tam təchiz edir”, – deyə nazir müavini əlavə edib.

Nazir müavini qeyd edib ki, ADEX-2016 sərgisində Azərbaycan müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş