
Nazirlər Kabinetinin sabiq şöbə müdiri Müdafiə Sənayesi nazirinin müşaviri təyin edilib
Nazirlər Kabinetinin Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin sabiq müdiri Qulu İmanquliyev Müdafiə Sənayesi Nazirliyində vəzifəyə təyin edilib.
“AzeriDefence”nin məlumatına görə, Qulu İmanquliyev Müdafiə Sənayesi naziri Mədət Quliyevin müşaviri təyin edilib.
Təyinatı Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə təsdiqləyiblər.
Qeyd edək ki, Qulu İmanquliyev uzun illər Nazirlər Kabinetinin Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsində çalışıb.
KATEQORIYA: Xəbərlər
TEQLƏR Manşet