Nazirlər Kabinetinin şöbə müdiri vəzifəsindən azad edilib

Nazirlər Kabinetinin şöbə müdiri vəzifəsindən azad edilib

Nazirlər Kabinetində kadr dəyişikliyi olub.

“AzeriDefence”nin məlumatına görə, Baş Nazir Əli Əsədovun əmri ilə Nazirlər Kabinetinin Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri Qulu İmanquliyev vəzifəsindən azad edilib.

Qulu İmanquliyevin yerinə təyinat olmayıb.

Qulu İmanquliyev uzun illərdir Nazirlər Kabinetinin Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsində çalışıb. O, eyni zamanda müdafiə sənayesi sektorunu kurasiya edib.

Qeyd edək ki, bu günlərdə Nazirlər Kabinetinin iki şöbəsinə yeni rəhbərlər təyin edilib

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş