Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi kollegiyasının yeni tərkibini təsdiqləyib

Azərbaycan Respublikasının Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin (MSN) kollegiyasının yeni tərkibini təsdiqləyib.

Bu barədə “AzeriDefence”yə məlumat Nazirlər Kabinetinin mətbuat xidmətindən verilib.

Nazirlər Kabinetinin qərarı ilə MSN Aparatının hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Əbil oğlu Şükürov yeni tərkibdə olan kollegiyanın üzvü təyin olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş